PSJ-nin çalışdırıcısı xəstəxanadadır, onu əməliyyat gözləyir - VİDEO

Xəbərlər
6 Sentyabr 2025 03:31
150
PSJ-nin çalışdırıcısı xəstəxanadadır, onu əməliyyat gözləyir - VİDEO

PSJ-nin baş məşqçisi Luis Enrike velosipeddən yıxılaraq körpücük sümüyünü sındırıb. İspan mütəxəssis xəstəxanaya çatdırılıb, əməliyyat olunacaq.

İdman.biz bildirir ki, bu barədə fransız klubunun mətbuat xidməti X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

İspaniyalı çalışdırıcı 2023-cü ilin yayında Paris klubunu təhvil alıb. Ötən mövsüm onun rəhbərliyi altında PSJ Çempionlar Liqası, ölkə çempionatının qalibi olub, Fransa kubok və superkubokunu alıb.

İdman.biz

Məqalədə: