Nigeriyanın "Abuca" və Zənzibarın JKU komandaları arasında Tanzaniyada keçirilən beynəlxalq yoldaşlıq oyunu arıların hücumu səbəbindən yarımçıq qalıb.
İdman.biz bildirir ki, oyunun 78-ci dəqiqəsində meydana arı sürüsü peyda olub və bu, oyunçuları şoka salıb. Matçın rəsmiləri futbolçulara ot üzərində uzanmağı tapşırıblar və oyun yarımçıq qalıb. Əvəzedicilər, heyət və tədbirin digər iştirakçıları da skamyaların altında gizlənməyə çalışıblar. Qeyd olunur ki, azarkeşlər müdaxilə etməyərək tribunadan baş verənləri izləyiblər.
Hadisənin səbəbləri müəyyən edilməsə də, hava şəraitinin dəyişməsi və stadionun yaxınlığındakı çiçəkli ağacların çoxalması ilkin versiyalardandır. Digər versiyaya görə isə stadiondan gələn səs-küy arıların aqressivlik nümayiş etdirməsinə səbəb ola bilərdi.
Bir neçə dəqiqədən sonra oyun yenidən başlayıb, "Abuca" 2:1 hesabı ilə qalib gəlib. Rəsmilərin məlumatına görə, heç kim xəsarət almayıb.
İdman.biz