Tanınmış baş məşqçi Türkiyə vətəndaşlığını qəbul edir

Xəbərlər
5 Sentyabr 2025 03:22
40
Tanınmış baş məşqçi Türkiyə vətəndaşlığını qəbul edir

Türkiyə yığması 2026-cı il futbol üzrə dünya çempionatının Avropa seçmə mərhələsinin E qrupunda ilk oyununda səfərdə Gürcüstanı 3:2 hesabı ilə məğlub edib.

İdman.biz bildirir ki, oyundan sonra Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu maraqlı bir açıqlama verib.

Hacıosmanoğlu uzun müddətdir milli komandanın baş məşqçisi italyan Vinçentso Montellanın Türkiyə vətəndaşılığını qəbul edəcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib və bu iddiaları təsdiqləyib.

"Vinçentso Montellanı ən qısa zamanda Türkiyə vətəndaşı edəcəyik", - deyə TFF prezidenti bildirib.

Türkiyə milli komandası ilə indiyədək 24 oyun keçirən italiyalı çalışdırıcı 13 qələbə, 4 heç-heçə və 7 məğlubiyyətə imza atıb.

İdman.biz