“Arsenal” və “Liverpul” “Qalatasaray”ın futbolçusu Aleksey Batrakova maraqlarını artırıblar.
İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, hər iki İngiltərə klubunun skautları 21 yaşlı futbolçunun Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Lill”ə qarşı keçirdiyi oyunu izləyiblər. İstanbul təmsilçisinin 4:2 hesabı ilə qalib gəldiyi görüşdə Batrakov da fərqlənib.
Məlumata görə, rusiyalı futbolçunun “Qalatasaray”a keçdikdən sonra göstərdiyi çıxış “Arsenal” və “Liverpul”un ona marağını daha da artırıb.
Batrakovun müqaviləsində 50 milyon funt sterlinq (təxminən 114 milyon manat) məbləğində sərbəstqalma maddəsi var.
Bununla belə, “Qalatasaray” yarımmüdafiəçini satmağa tələsmir. Türkiyə klubu futbolçuya artan marağa baxmayaraq, onu heyətində saxlamaq niyyətindədir.
