"Fənərbaxça"ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

Xəbərlər
5 Sentyabr 2025 01:11
38
"Fənərbaxça"ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spalettinin karyerasını “Fənərbağça”da davam etdirmək şansı var.

İdman.biz xəbər verir ki, bu barədə “SportMediaset” məlumat yayıb.

Digər namizədlər “Milan”ın keçmiş baş məşqçisi Serxio Konseysao və əvvəllər “Tottenhem Hotspur”da çalışmış Anjelos Postekoqloudur.

Diqqət çəkən odur ki, “Fənərbaxça”da yaxın vaxtlarda prezident seçkiləri keçiriləcək və yeni baş məşqçinin seçimi də onların nəticəsindən çox asılı olacaq. İstanbul klubunun rəhbəri postuna namizədlərdən biri Sadettin Saran Konseysaonu seçmək variantını dəstəkləyir. Bundan əvvəl “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo olub.

Hazırda "Fənərbaxça" Türkiyə çempionatının turnir cədvəlində 5-ci yerdədir.

İdman.biz