"Barselona"nın sabiq üzvü "Qarabağ"a gələ bilər

Xəbərlər
2 Sentyabr 2025 18:25
121
"Barselona"nın sabiq üzvü "Qarabağ"a gələ bilər

Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Qarabağ" transfer çalışmalarını davam etdirir.

İdman.biz Sport1.az-a istinadən xəbər verir ki, ispaniyalı hücumçu Pako Alkaser Ağdam təmsilçisinə təklif olunub. Hazırda azad agent olan 32 yaşlı futbolçu "köhlən atlar"ın hücum xəttinə namizədlərdən biri kimi qiymətləndirilir.

Təcrübəli forvard son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” klubunda çıxış edib. 2023/24 mövsümünü isə icarə əsasında “Emirates Klub”da keçirib. Alkaserin hazırda bazar dəyəri 3 milyon avro olaraq göstərilir.

Karyerası ərzində bir sıra tanınmış Avropa klublarında çıxış edən ispan hücumçu “Valensiya B” komandasında peşəkar futbola başlayıb. Daha sonra “Valensiya”, “Xetafe”, “Barselona”, “Borussiya Dortmund”, “Vilyarreal” və “Şarja” kimi klubların formasını geyinib.

Pako Alkaser indiyə kimi karyerasında 435 oyuna çıxıb, 144 qol vurub və 57 məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.biz