İspaniya millisinin baş məşqçisi Bolqarıstanla oyundakı darmadağından danışıb

Xəbərlər
5 Sentyabr 2025 02:05
31
İspaniya millisinin baş məşqçisi Bolqarıstanla oyundakı darmadağından danışıb

Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın seçmə mərhələsində Bolqarıstana qarşı keçirdikləri oyundakı böyükhesablı (3:0) qələbə ilə bağlı fikirlərini bölüşüb.

İdman.biz bildirir ki, ispanlar səfər matçında bolqarları Oyarsabal (5), Kukurelya (30) və Merinosun (38) qolları ilə məğlub ediblər.

"Matçın nəticəsini müəyyən etdiyimiz ilk hissəni çox yaxşı keçirdik. İkinci hissədə liderliyi gücləndirmək niyyətində idik, amma rəqibin tempinə sirayət etmişdik. Daha bir neçə müsbət nəticə çıxara bilərdik, amma əsas odur ki, hamı matçı zədəsiz başa vurdu. Çətin oyun oldu, növbəti hissə isə daha sərt olacaq", - Fuente deyib.

Növbəti turda İspaniya millisi Türkiyə ilə qarşılaşacaq. Qarşılaşma sentyabrın 7-də baş tutacaq.

İdman.biz