Juninyo yenidən "Qarabağ"da - VİDEO

Xəbərlər
2 Sentyabr 2025 09:16
95
Juninyo yenidən "Qarabağ"da - VİDEO

Çempionlar Liqasının Liqa mərhələsində iştirak etmək hüququ qazanan "Qarabağ" uzun çəkən hücumçu transferini bitirib.

İdman.biz "Sportinfo"ya istinadən xəbər verir ki, Ağdam klubu tanış simanı geri qaytarıb.

Söhbət Olavio Juninyodan gedir. Tərəflər arasında danışıqlar müsbət nəticə verib.

29 yaşlı forvard yenidən "Qarabağ"ın formasını geyinəcək. Onun keçidi hətta yaxın saatlarda açıqlana bilər.

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.

Qeyd edək ki, Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub. Hücumçu bu ilin yanvar ayında "Flamenqo"ya 5 milyon avroya satılmışdı.

İdman.biz