Şanbay "Neftçi" Futbol Akademiyasına gələsi olmayıb

Xəbərlər
5 Sentyabr 2025 04:23
36
Şanbay "Neftçi" Futbol Akademiyasına gələsi olmayıb

Yeni mövsümdə "Neftçi"nin Futbol Akademiyasına kimin rəhbərlik edəcəyi hələ də məlum deyil

İdman.biz Sportinfo.az-a istinadən bildirir ki, iki ay öncə Cemal Bülbüllə yolları ayıran "ağ-qaralar" bu posta Tolqa Şanbayı gətirmək istəsə də, tərəflər arasında danışıqlar son anda pozulub.

Türkiyəli funksioner başqa təkliflər aldığını bildirərək, "ağ-qaralar"ın akademiyasının koordinatoru vəzifəsini tutmaqdan vaz keçib. O, bundan sonra Türkiyə Futbol Federasiyasında fəaliyyət göstərəcək.

45 yaşlı Şanbay karyerası ərzində "Altınordu", "Kayserispor", "BB Erzurumspor" kimi klublarda koordinator kimi çalışıb.

İdman.biz