“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının altıncı turunda “Mançester Siti” ilə keçiriləcək oyun üçün komandanın heyətinə daxil edilib.
İdman.Biz bildirir ki, klubun mətbuat xidməti bu barədə sosial mediada məlumat yayıb.
Daha əvvəl Kilian Mbappenin İspaniya La Liqasının 15-ci turunda “Selta Viqo”ya 2:0 hesabı ilə uduzduqları oyunda sol barmağını sındırdığı bildirilirdi. Hücumçu həmçinin komandanın oyunöncəsi məşqini də buraxıb.
Komandalar Madriddəki “Santyaqo Bernabeu” stadionunda oynayacaqlar. Oyun Bakı vaxtı ilə gecəyarısı başlayacaq.
“Mançester Siti” (10) Çempionlar Liqasının turnir cədvəlində 12-ci, “Real Madrid” (12) isə altıncı yerdədir.
