Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib - ÖZƏL

23 Oktyabr 2026 09:44
218
Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib - ÖZƏL

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, “Arsenal”ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib.

İdman.Biz xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək.

Qeyd edək ki, UEFA-nın beynəlxalq dərəcəli hakim-inspektoru, keçmiş FIFA referisi Asim Xudiyev oktyabrın 22-də İstanbuldan Bakıya uçuşdan əvvəl Vengerlə qarşılaşdığını və onunla xatirə şəkli çəkdirib.

Arsen Venger 1996-2018-ci illərdə Londonun “Arsenal” klubunun baş məşqçisi olub. O, hazırda klub məşqçiliyi ilə məşğul olmur və FIFA-da futbolun qlobal inkişafı istiqamətində fəaliyyət göstərir.

Xatırladaq ki, Venger FIFA-nın yeni U-15 turnirinin konsepsiyasının hazırlanmasında mühüm rol oynayıb. Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunları oktyabrın 24-də Bakıda başlayacaq və oktyabrın 30-da başa çatacaq.

Azərbaycan millisi ilk görüşünü oktyabrın 24-də saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək.

Orxan Fuladi

İdman.Biz