Avropanın yaşıl meydanlarında keçiriləcək bəzi oyunların AFİŞASI

23 Oktyabr 2026 09:39
108
Avropanın yaşıl meydanlarında keçiriləcək bəzi oyunların AFİŞASI

Bu gün Avropanın beş aparıcı futbol çempionatında və Türkiyə Super Liqasında ümumilikdə altı qarşılaşma keçiriləcək.

İdman.Biz xəbər verir ki, İngiltərə Premyer Liqasında “İpsviç Taun” “Nottingem Forest”i qəbul edəcək. İspaniya La Liqasında “Alaves”lə “Malaqa”, İtaliya A Seriyasında isə “Torino” ilə “Montsa” üz-üzə gələcək.

Almaniya Bundesliqasında “Ştutqart” doğma meydanda “Borussiya” (Mönhenqladbax) ilə qarşılaşacaq. Fransa Liqa 1-də “Brest” və “Nitsa” münasibətlərinə aydınlıq gətirəcəklər.

Türkiyə Super Liqasının doqquzuncu turunun açılış oyununda isə “Alanyaspor” “Kocaelispor”u qəbul edəcək.

23 oktyabrın oyun proqramı (Bakı vaxtı ilə):

Türkiyə Superliqası
21:00 “Alanyaspor” - “Kocaelispor”

Almaniya Bundesliqası
22:30 “Ştutqart” - “Borussiya” (Mönhenqladbax)

İtaliya A Seriyası
22:45 “Torino” - “Montsa”

Fransa Liqa 1
22:45 “Brest” - “Nitsa”

İngiltərə Premyer Liqası
23:00 “İpsviç Taun” - “Nottingem Forest”

İspaniya La Liqası
23:00 “Alaves” - “Malaqa”

İdman.Biz