Runi “Mançester Yunayted”in futbolçularını sərt tənqid etdi: “Onların vecinə deyil”

23 Oktyabr 2026 09:08
101
Runi “Mançester Yunayted”in futbolçularını sərt tənqid etdi: “Onların vecinə deyil”

“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi komandanın Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Komo”ya 1:4 hesablı məğlubiyyətindən sonra oyunçuları sərt tənqid edib.

İdman.Biz Goal nəşrinə istinadən xəbər verir ki, keçmiş hücumçu futbolçuların meydanda məsuliyyəti öz üzərlərinə götürmədiklərini düşünür.

“Brunun dediklərinin doğru olub-olmadığını müzakirə etmək olar. Amma meydanda məsuliyyəti öz üzərinə götürmək lazımdır. Bu futbolçular eqoistdirlər. Onların nə komanda yoldaşları, nə baş məşqçi, nə məşqçilər korpusu, nə də azarkeşlər vecinədir.

Onları yalnız şəxsi mənfəətləri maraqlandırır. İstədiklərini əldə etməyəndə uşaq kimi davranır, əsəbiləşir və günahı özlərindən başqa hamının üzərinə atırlar”, - deyə Runi bildirib.

İdman.Biz