Canni İnfantino: “Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır” - VİDEO

23 Oktyabr 2026 10:07
126
Canni İnfantino: “Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır”

"Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa və bir araya gətirməyə hazırlaşır".

İdman.Biz xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino "Instagram" hesabında yazıb.

O, 2027-ci ildə keçiriləcək FIFA U-20 dünya çempionatının tarixlərini açıqlayaraq turnirin sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacağını bildirib.

“Böyük məmnuniyyətlə bildirirəm ki, 2027-ci il FIFA U-20 dünya çempionatı sentyabrın 17-dən oktyabrın 9-dək keçiriləcək! Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa və bir araya gətirməyə hazırlaşır. Hər kəsə uğurlar arzulayıram. Orada görüşənədək!” - deyə FIFA prezidenti yazıb.

Qeyd edək ki, tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunları oktyabrın 24-də Bakıda başlayacaq və oktyabrın 30-da başa çatacaq. Azərbaycan millisi ilk görüşünü oktyabrın 24-də saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək.

İdman.Biz