Misli Premyer Liqası: “Qəbələ” “Turan Tovuz”la üz-üzə

Xəbərlər
8 Dekabr 2025 09:13
42
Misli Premyer Liqası: “Qəbələ” “Turan Tovuz”la üz-üzə

Bu gün Misli Premyer Liqasının XIV turunda növbəti oyunlar keçiriləcək.

İdman.Biz xəbər verir ki, turun üçüncü oyun günündə “Qəbələ” “Turan Tovuz”la üz-üzə gələcək.

Qarşılaşma saat 17:00-da start götürəcək. “Turan Tovuz” hazırda 24 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 8 xala malik “Qəbələ” isə onuncudur.

Misli Premyer Liqası
II dövrə, XIV tur
8 dekabr
17:00. “Qəbələ” - “Turan Tovuz”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Karvan-Yevlax”ı (3:0) məğlub edib, “Zirə” - “Qarabağ” görüşündə qalib müəyyənləşməyib - 1:1. XIV tura dekabrın 9-da yekun vurulacaq.

İdman.Biz