Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının 2026/27 mövsümünün qrup mərhələsinin rəmzi komandasına daxil edilib.
İdman.Biz xəbər verir ki, “WhoScored” portalının futbolçuların reytinqləri əsasında hazırladığı rəmzi heyətdə Mahir Emreli 7,84 balla yer alıb.
Azərbaycanlı hücumçu ilə yanaşı, Harri Keyn (7,88), Kevin De Brüyne (7,87), Lamin Yamal (7,83), Cud Bellingem (7,82), Maykl Olise (7,80), Lyuis Holl (7,74), Senne Lammens (7,66), Elseyd Hüseyn (7,65), Dara O'Şi (7,44) və Maksim Paskotsi (7,42) də rəmzi komandaya daxil ediliblər.
Qeyd edək ki, Mahir Emreli bu uğurunu sosial şəbəkə hesabında da paylaşıb.

