2026 Dünya Çempionatında Misir ilə İran arasında keçiriləcək qarşılaşma ərəfəsində sözügedən ölkələrin futbol assosiasiyaları FIFA-ya rəsmi məktub göndərib.
İdman.Biz xəbər verir ki, məktubda matç zamanı homoseksualizmin dəstəklənməsi ilə bağlı hər hansı addımın qəti şəkildə qəbul edilməyəcəyi vurğulanıb.
Federasiyalar matçın siyasi və mədəni həssaslıq baxımından xüsusi diqqət tələb etdiyini bildirərək FIFA-dan oyunun ənənəvi dəyərlərə uyğun keçirilməsini tələb edib.
Assosiasiyaların məktubunda vurğulanıb ki, qarşılaşma zamanı arenada və yayımda LGBT simvolları, aksiyaları və jestlərinə yol verilməməlidir. Bildirilir ki, bu mövzuya dair hər hansı təşəbbüsün qarşısı alınmasa, bir sıra federasiyalar bundan narazılıq edəcək.
FIFA isə məsələni araşdırdığını və oyunların siyasi mesajlardan uzaq saxlanmasının qurumun əsas prinsipinə uyğun olduğunu bildirib.
