Azərbaycan Premyer Liqası: “Qarabağ” “Kəpəz”ə qarşı

Xəbərlər
24 Yanvar 2026 09:40
42
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Kəpəz”ə qarşı

Bu gün Misli Premyer Liqasının 17-ci turunun növbəti qarşılaşması “Azersun Arena” stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Qarabağ” “Kəpəz”i qəbul edəcək.

Oyun saat 16:30-da başlayacaq. “Qarabağ” 36 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. 9 xala malik “Kəpəz” isə onuncudur.

Misli Premyer Liqası
İkinci dövrə, 17-ci tur
24 yanvar (şənbə)
16:30. “Qarabağ” - “Kəpəz”

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “İmişli” “Araz-Naxçıvan”la (2:2), “Neftçi” isə “Zirə” (0:0) ilə heç-heçə edib. 17-ci tura yanvarın 25-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: