Minifutbol üzrə ölkə çempionatı: Yarımfinalın ilk oyunları baş tutub

11 Mart 2026 00:09
57
Minifutbol üzrə ölkə çempionatı: Yarımfinalın ilk oyunları baş tutub

Minifutbol üzrə ölkə çempionatında 1/2 finalın ilk oyunları keçirilib.

İdman.Biz bildirir ki, “Sumqayıt” “Zirə”ni qəbul edib.

Oyun 3:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Digər yarımfinal oyunu “Aznur” və “Birbaşa Bakı” arasında olub.

Matç 2:1 hesabı ilə “Birbaşa Bakı”nın qələbəsi ilə yekunlaşıb.

Cavab oyunları bir həftədən sonra oynanılacaq.

İdman.Biz