La Liqa: “Jirona” öz meydançasında “Xetafe”ni uda bilməyib

Xəbərlər
27 Yanvar 2026 02:14
243
La Liqa: “Jirona” öz meydançasında “Xetafe”ni uda bilməyib

İspaniya çempionatının 21-ci turunda “Jirona” “Xetafe”ni qonaq edib.

İdman.Biz xəbər verir ki, matçda qalib müəyyənləşməyib – 1:1.

Hesabı 59-cu dəqiqədə qonaqların oyunçusu Luis Vaskes açıb. 90+4-də Vitor Reys bərabərlik qoluna imza atıb.

Bu oyun qapıçı Mark-Andre Ter Ştegenin “Jirona”da debüt matçı olub.

“Jirona” 25 xall turnir cədvəlində doqquzuncudur, “Xetafe” isə 22 xalla 16-cı mövqedə qərarlaşıb.

İdman.Biz