“Lill”in hücumçusu Olivye Jiru Liqa 1-in 19-cu turunda “Strasburq”a 4:1 hesabı ilə məğlub olduqdan sonra komandasının azarkeşlərinin təhqirlərinə cavab verib.
İdman.Biz-in məlumatına görə, Jiru 80-ci dəqiqədə əvəzlənib və “Lill” azarkeşləri onu fitə basıblar.
“Oyunlar bir-birinin ardınca gəlir və biz həm fiziki, həm də zehni cəhətdən çox yorğunuq, amma belə vaxtlarda birlik göstərməliyik. Biz bunun öhdəsindən birlikdə gələ bilərik. Ümid edirəm ki, azarkeşlər bizi dəstəkləyəcəklər. Eşitdiklərim barədə qarışıq hisslərim var idi. Klubdakı hər kəs - oyunçular, heyət və bütün azarkeşlərimiz eyni fikirdə olmalıdırlar. Birlikdə yenidən düzgün yola qayıda bilərik.
Bu, futbolun bir hissəsidir, bundan daha pisini görmüşük. Bununla belə, hər kəs bizim üçün vacibdir: biz birlikdə qalib gəlirik və məğlub oluruq. Düşünmürəm ki, sədaqət çatışmazlığı var, əksinə” - RMC Sport Jirunun dediklərini belə təqdim edib.
