“Real Madrid”in keçmiş müdafiəçisi Marselonun 16 yaşlı oğlu Entso Alves klubla ilk peşəkar müqaviləsini imzalayıb.
İdman.Biz insayder Fabrizio Romanoya istinadla xəbər verir ki, müqavilənin şərtləri hələ açıqlanmayıb, lakin Enzo “Los Blancos” akademiyasının yetirməsi olduğundan, müqavilənin uzunmüddətli olması gözlənilir.
Gənc yaşına baxmayaraq, Alves “Real Madrid”in U18 komandasında oynayır və bu mövsüm artıq üç oyunda meydana çıxıb.
Atası Marselo 2007-ci ildən 2022-ci ilə qədər “Los Blancos”da oynayıb. “Real”dakı karyerası ərzində o, 546 oyunda iştirak edib, 38 qol vurub və 104 məhsuldar ötürmə edib.
