İslandiya millisinin baş məşqçisi: "Azərbaycanla oyunda qələbə qazanmalıyıq"

Xəbərlər
4 Sentyabr 2025 17:14
67
İslandiya millisinin baş məşqçisi: "Azərbaycanla oyunda qələbə qazanmalıyıq"

Futbol üzrə İslandiya millisi Azərbaycan komandası ilə keçirəcəkləri matçda qələbəyə köklənib.

İdman.biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Arnar Qunnlauqsson qarşılaşmadan əvvəl mətbuat konfransında deyib.

O, sabah keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb: "Hədəflərimiz böyükdür. Azərbaycanla oyunda qələbə qazanmalıyıq. Futbolçular çox sakitdir. Hazırlıq əla keçdi. Həyəcan səviyyəsinin lazımi səviyyədə olduğunu düşünürəm. Növbəti matç üçün ümidliyik".

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İslandiya - Azərbaycan qarşılaşması sentyabrın 5-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İdman.biz