İslandiya millisinin yarımmüdafiəçisi Qisli Tordarson DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb. Qarşılaşma sentyabrın 5-də Reykyavikdə baş tutacaq.
İdman.biz-in 433.is-ə istinadən verdiyi məlumata görə, futbolçu Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ"ın bir neçə futbolçusunun yer aldığı rəqibə hörmətlə yanaşdığını vurğulayıb.
"Azərbaycan millisi keyfiyyətli oyunçulara malik yaxşı komandadır. Amma biz bu matçı qələbə üçün çox real şans kimi görürük. Yaxşı başlamalı və Fransaya müsbət nəticə ilə getməliyik", - Tordarson deyib.
İdman.biz