İslandiya millisinin yarımmüdafiəçisi: "Azərbaycan bizi cəzalandıra bilər"

Xəbərlər
3 Sentyabr 2025 22:58
63
İslandiya millisinin yarımmüdafiəçisi: "Azərbaycan bizi cəzalandıra bilər"

İslandiya millisinin yarımmüdafiəçisi Byanki Steynn Byarkasson DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb. Qarşılaşma cümə günü Reykyavikdə baş tutacaq.

İdman.biz 433.is-ə istinadən xəbər verir ki, futbolçu turnirə uğurla başlamağın vacibliyini vurğulayıb: "Cümə günü yaxşı başlamağa hazırıq. Azərbaycanla ev oyununda 3 xal qazanmaq vacibdir. Çünki qrupumuzda Fransa və Ukrayna da var".

Byarkasson qeyd edib ki, komanda rəqibə diqqətlə yanaşır: "Artıq onları bir az öyrənmişik və bundan sonra da öyrənəcəyik. Bu komandanı evdə məğlub edəcəyik, amma tam hazır olmasaq, bizi cəzalandıra bilərlər".

Futbolçu əlavə edib ki, komandadakı ab-hava əzmkar ruhun yaranmasına kömək edir: "Komandada əhval-ruhiyyə çox yaxşıdır, bir araya gəlmək həmişə xoşdur. Bizdə çoxlu təravət və enerji var".

İdman.biz