2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İslandiyaya qarşı oynayacaq Azərbaycan millisi bu gün Reykyavikdə ilk məşqinə çıxıb.
İdman.biz xəbər verir ki, yığmanın hazırlığına baş məşqçisi Fernando Santuş rəhbərlik edib.
Komandamız son məşqini sentyabrın 4-də Bakı vaxtı ilə saat 22:30-da matçın baş tutacağı “Lauqardalsvollur” stadionunda keçirəcək.
Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya - Azərbaycan görüşü saat 22:45-də başlayacaq.
İdman.biz