Tanınmış futbolçudan Sergen Yalçın barədə pessimist proqnoz

Xəbərlər
3 Sentyabr 2025 08:17
44
Tanınmış futbolçudan Sergen Yalçın barədə pessimist proqnoz

Türkiyəli keçmiş futbolçu və idman şərhçisi Ümit Özat Sergen Yalçının "Beşiktaş"ın yeni baş məşqçisi olmasını şərh edib.

İdman.biz bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.

"Sergen bir dəfə çempion oldu. Allah üzünə baxdı. O dövrün heyətləri artıq yoxdur. Bu gün "Qalatasaray" və "Fənərbaxça" ilə ayaqlaşa bilmək onun üçün çox çətindir. Mövsümü bitirə bilməyəcək", - Özat bəyan edib.

Ümit Özat Sergen Yalçının daha əvvəl tənqid etdiyi bəzi oyunçularla işləməkdə çətinlik çəkəcəyini vurğulayıb.

"Tənqid etdiyi heyətdə bəzi oyunçular qalıb. Onlarla üz-üzə qalacaq. İşi çox çətindir", - deyə "Fənərbaxça"lı keçmiş futbolçu bildirib.

İdman.biz