Futbol üzrə Azərbaycan milli komandası İslandiya millisi ilə DÇ-2026-nın seçmə mərhələsinin oyununun keçiriləcəyi Reykyavikə çatıb.
İdman.biz qol.az-a istinadən xəbər veir ki, komanda mühüm görüşə hazırlığı İslandiyanın paytaxtında davam etdirəcək.
Oyun öncəsi son məşq sentyabrın 4-də Bakı vaxtı ilə saat 22:30-da matçın keçiriləcəyi "Lauqardalsvollur" stadionunda baş tutacaq.
Xatırladaq ki, İslandiya - Azərbaycan oyunu sentyabrın 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.