Portuqaliya - Azərbaycan matçını bu hakimlər idarə edəcək

Xəbərlər
2 Sentyabr 2025 19:23
52
Portuqaliya - Azərbaycan matçını bu hakimlər idarə edəcək

Portuqaliya və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə qrup oyununu idarə edəcək hakimlər bəllidir.

İdman.biz xəbər verir ki, sentyabrın 5-də Barseluş şəhərində təşkil olunacaq oyunun baş hakimi Kiprdəndir.

Baş hakim Konstantinos Fellasa yan xətlərdə həmyerliləri Pavlos Georgiu və Giorgios Xaralampus, həmçinin Dimitris Solomu dördüncü hakim qismində kömək edəcəklər.

Oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

İdman.biz