Kərim Benzema əvvəlcə 700, sonra 500-ə çatıb

Xəbərlər
31 Avqust 2025 09:18
66
Kərim Benzema əvvəlcə 700, sonra 500-ə çatıb

Səudiyyə Ərəbistanı çempionatının ilk turunda çempion "Əl-İttihad" səfərdə "Əl-Axdud"a 5:2 hesabı ilə qalib gəlib.

İdman.biz xəbər verir ki, Kərim Benzema bu oyunda het-trik edib.

37 yaşlı hücumçu ilk qolu ilə karyerasında 700-cü məhsuldar hərəkətə (qol və asistlərin cəmi), ikinci qolu ilə isə bütün turnirlərdə 500-cü qoluna imza atıb.

Beləliklə, Benzema 500 qol həddini aşan ilk fransalı futbolçu olub.

Ən məhsuldar fransalı futbolçular:
501 – Kərim Benzema
411 – Tyerri Anri
380 – Kilian Mbappe

Kərim Benzemanın 501 qolu:
354 – "Real Madrid"də
66 – "Lion"da
44 – "Əl-İttihad"da
37 – Fransa millisində

İdman.biz