"Kəpəz"in təmas qurduğu yerli baş məşqçilərdən biri müəyyənləşib

30 Avqust 2025 13:11
276
"Kəpəz"in təmas qurduğu yerli baş məşqçilərdən biri müəyyənləşib

"Kəpəz" rəhbərliyinin yeni baş məşqçi axtarışına çıxdığı barədə iki gün öncə xəbər verilmişdi. Bildirilmişdi ki, klubun başbilənləri iki yerli və bir əcnəbi mütəxəssisin xidmətində maraqlıdır.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, Adil Şükürov postundan göndəriləcəyi halda, boş qalan kresloya namizədlərdən biri Vaqif Cavadovdu. Artıq rəhbərliyin onunla təmasa keçdiyi söylənilir.

Hazırd Pro kateqoriyalı məşqçi kurslarına qatılan Cavadov ötən mövsümün sonunda "Sumqayıt"ın əsas komandasından göndərilsə də, hazırda "kimyaçılar"ın əvəzedici heyətinin "sükanı arxasındadır".

İdman.biz