UEFA bu mövsüm üçün “Barselona”nın ev stadionu kimi “Spotify Camp Nou”nu təyin edəcək və şənbə günü Çempionlar Liqasının oyun cədvəli yayımlandıqda stadionun adı UEFA-nın rəsmi saytında görünəcək.
İdman.biz xəbər verir ki, bu barədə "Mundo Deportivo"dan Serci Sole məlumat yayıb.
Lakin UEFA-nın tələbi olan yan tribunaların ikinci tura qədər hazır olmayacağı təqdirdə, Kataloniya klub u "B" planı olan “Montjuik” stadionuna keçə biləcək.
"Barselona"nın yaxşı diplomatik səyləri sayəsində UEFA klubun ilk oyunu səfərdə keçirmək və hər iki stadionun hazırlanması üçün vaxt qazanmaqla bağlı müraciətini anlayışla qarşılamağa hazır olduğunu bildirib.
İdman.biz