“Qarabağ”ın “Ferensvaroş”la cavab oyununun hakimləri açıqlanıb

Xəbərlər
25 Avqust 2025 12:38
104
“Qarabağ”ın “Ferensvaroş”la cavab oyununun hakimləri açıqlanıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferensvaroş” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

İdman.biz xəbər verir ki, UEFA görüşü Fransadan olan hakimlər briqadasına həvalə edib.

Matçı Kleman Turpin idarə edəcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi

27 avqust

20:45. “Qarabağ” (Azərbaycan) - “Ferensvaroş” (Macarıstan)
Baş hakim: Kleman Turpin
Baş hakimin köməkçiləri: Nikolya Danos, Aleksis Auqer
Dördüncü hakim: Romen Lissorq
VAR: Jerom Brisar
AVAR: Nikolya Renvill
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, qarşılaşma avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. İlk səfər oyununda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

İdman.biz