"Karvan-Yevlax"ın qapıçısı: "Oynayacağımı bilsəydim, meydana daha toparlanmış çıxardım"

Xəbərlər
24 Avqust 2025 15:23
43
"Karvan-Yevlax"ın qapıçısı: "Oynayacağımı bilsəydim, meydana daha toparlanmış çıxardım"

"Bizim üçün yaxşı oyun oldu. Sona qədər mübarizə apardıq və layiqli qələbə qazandıq".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın qapıçısı Kamran İbrahimov deyib.

Qolkiper komandasının ilk iki turda 4 xal yığmasının sürpriz olmadığını bildirib: "İki tura 4 xal yığmaq gözlənilməz deyil. Komandada birlik, bərabərlik var. Onun sayəsində bütün heyət üzvləri əlindən gələni edir. "Kəpəz" bizə uyğun rəqibdir. Əslində, iki oyuna 6 xal qazanmaq istəyirdik. İlk turda "Qəbələ" ilə matçda istədiyimiz kimi çıxış edə bilmədik. "Kəpəz"lə oyunda start heyətində yer almağım biz az gözlənilməz oldu. Qarşılaşmadan öncə isinmə hərəkətləri zamanı Pedro Mateuş zədələndi və baş məşqçi mənə şans verdi. Öncədən oynayacağımı bilsəydim, meydana bir qədər də toparlanmış çıxardım".

Qeyd edək ki, Misli Premyer Liqasının ikinci turunda "Karvan-Yevlax" səfərdə "Kəpəz"i 3:2 hesabı ilə məğlub edib.

İdman.biz