Adriyen Rabyonun anası: "Onun heyətdən kənarlaşdırıldığını öyrənəndə sanki başıma küt alətlə vurdular"

Xəbərlər
22 Avqust 2025 10:47
35
Adriyen Rabyonun anası: "Onun heyətdən kənarlaşdırıldığını öyrənəndə sanki başıma küt alətlə vurdular"

Adriyen Rabyonun agenti olan anası "Marsel"in futbolçunu heyətdən kənarlaşdırması ilə bağlı danışıb.

İdman.biz xəbər verir ki, "Renn"ə 0:1 hesablı məğlubiyyətdən sonra paltardəyişmə otağında Rabyo ilə Conatan Rou arasında dava baş verib.

Nəticədə hər iki futbolçu komandanın heyətindən uzaqlaşdırılıb və transferə çıxarılıb.

Veronika Rabyo RTL radiostansiyasına açıqlamasında bildirib: "Onun heyətdən kənarlaşdırıldığını öyrənəndə sanki başıma küt alətlə vurdular. Bu, sadəcə o insidentə görə ola bilməzdi. Özümü pis hiss edirəm, çünki o, "Marsel" üçün çox şey etdi, amma ona qarşı belə davranırlar… Adrien qəzəbli deyil, amma çox məyusdur. Baş məşqçi De Zerbi xəyanətdən danışır, amma bu halla üzləşən elə Adrien olub.

Mən belə bir şeyin baş verəcəyini gözləmirdim. Düşünürdüm ki, ən pis günlər PSJ-də qalıb, amma yanılmışam. Əgər o, bu mövsümü buraxsa, bu, fəlakət olar. Biz artıq belə bir şey yaşamışıq və təkrarlanmasını istəmirik".

İdman.biz