Lionel Messi turun ən gözəl qolunu vurub - VİDEO

Xəbərlər
22 Avqust 2025 09:54
85
Lionel Messi turun ən gözəl qolunu vurub - VİDEO

Lionel Messinin "Los Anceles"lə oyunda (3:1) vurduğu qol MLS-də ötən turun ən gözəl qolu seçilib.

İdman.biz xəbər verir ki, mükafat uğrunda mübarizədə “İnter Mayami”nin ulduzu Aleksey Mirançuk (“Atlanta Yunayted”), Mark Delqado (“Los Anceles”) və Evanderi (“Sinsinnati”) qabaqlayıb.

Messi sorğuda səslərin 80%-ni qazanaraq böyük fərqlə qalib gəlib. Evander 13,8%, Delqado 3,8%, Mirançuk isə 2,4% səs toplayıb.

İdman.biz