Kerem Aktürkoğlu "Benfika"nın heyətində "Fənərbaxça"ya qarşı

Xəbərlər
21 Avqust 2025 10:29
41
Kerem Aktürkoğlu "Benfika"nın heyətində "Fənərbaxça"ya qarşı

"Fənərbaxça" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda evdə "Benfika" ilə qolsuz bərabərliyə imza atıb - 0:0.

İdman.biz xəbər verir ki, İstanbul klubunun transfer etmək istədiyi Kerem Aktürkoğlu qonaqların heyətində oyuna start heyətində başlayıb.

Maraqlıdır ki, "Benfika" sosial şəbəkədə paylaşdığı start heyətini Türkiyə millisi futbolçusunun şəkli ilə təqdim edib.

Oyundan əvvəl isinmə hərəkətləri zamanı "sarı-lacivərdli" azarkeşlərin alqışlarına keçmiş "Qalatasaray"lı da alqışlarla cavab verib.

Ancaq oyun zamanı digər "Benfika"lı futbolçular kimi, top ayağına gələn kimi Kerem də fitə basılıb. 26 yaşlı futbolçunun ilk hissədə yerinə yetirdiyi cərimə zərbəsindən sonra qapıçı İrfan Can Eğribayat topu çıxara bilib.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun 77-ci dəqiqədə oyundan çıxan Keremin əlini sıxması da diqqətlərdən yayınmayıb.

Portuqaliyanın aparıcı mətbuat orqanlarından "Record"un xəbərinə görə, "Benfika" Keremi göndərmək fikrindən daşınıb və onu komandada saxlamağa qərar verib. Kluba yaxın mənbələr bildiriblər ki, onun "Fənərbaxça"ya transferinə "Benfika"nın prezidenti Rui Koşta tərəfindən icazə verilməyib.

İdman.biz