Neymarın klubu darmadağına dözməyib - baş məşqçi istefaya göndərilib

Xəbərlər
18 Avqust 2025 10:13
46
Neymarın klubu darmadağına dözməyib - baş məşqçi istefaya göndərilib

Braziliyanın “Santos” klubu baş məşqçisi Kleber Xavyerlə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bunu komandanın mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, Braziliya A seriyasının XX turunda evdə “Vasko da Qama”ya 0:6 hesablı uduzan 61 yaşlı mütəxəssis istefaya göndərilib. Neymarın da çıxış etdiyi “Santos” 19 oyundan sonra (ehtiyatda 1 matçları var) turnir cədvəlində 21 xalla 15-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Xavyer bu il aprelin 29-da komandanın baş məşqçisi təyin olunmuşdu.

İdman.biz