Ramil Şeydayev "Neftçi"nin iştirak ərizəsinə daxil edilməyib - QƏRAR

Xəbərlər
15 Avqust 2025 23:24
56
Ramil Şeydayev "Neftçi"nin iştirak ərizəsinə daxil edilməyib - QƏRAR

"Neftçi" Misli Premyer Liqasının 2025/26-cı il mövsümü üçün PFL-ə sifariş ərizəsini göndərib.

İdman.biz xəbər verir ki, qurumun rəsmi saytında yer alan siyahıda Azərbaycan yığmasının Ramil Şeydayevin adı yoxdur.

Ötən mövsüm başa çatdıqdan sonra Şeydayevin komandanı tərk edəcəyi xəbərləri yayılıb. "Neftçi"nin baş məşqçisi Samir Abasov onu sərəncamında görmək istəmir. Sadəcə "ağ-qaralar"ın tələb etdiyi transfer məbləği Ramilin gedişini təxirə salıb. Amma futbolçunun adının iştirak ərizəsinə daxil edilməməsi paytaxt klubunun tezliklə onunla vidalaşacağını gündəmə gətirib.

Şeydayev kimi Aleks Fernandesin adı da iştirak ərizəsində yoxdur.

Qeyd edək ki, "Neftçi"nin iştirak ərizəsində 13 legioner yer alıb.

İdman.biz