Azərbaycan İkinci Liqasında mübarizə aparan “Şəki” futbol klubunda baş məşqçi dəyişikliyi baş verib.
İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi Elvin Hacızadə ilə yollarını ayırıb.
Klubdab verilən açıqlamada baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
Qeyd edək ki, “Şəki” oktyabrın 20-də İkinci Liqanın səkkizinci turunda “Zəngəzur”a 0:5 hesabı ilə məğlub olub.
