“Karvan Yevlax”ın yeni transferi Pedro Mateusun İdmanxeber.az-a müsahibəsi
– Azərbaycan futbolu barədə məlumatın var?
Açığı, o qədər də geniş məlumatım yoxdur. Hazırda ölkənizin mədəniyyətini, mətbəxini öyrənməyə çalışıram. Dərin bir məlumatım yoxdur. Azərbaycanda yalnız Bakı və Yevlaxda olmuşam. Hələlik mədəniyyətdə və ya mətbəxtdə təəccüblü gələcək bir şey görməmişəm. Amma öz ölkəmlə müqayisədə təbii ki, Portuqaliya yeməklərinə daha çox üstünlük verirəm. Çünki orada böyümüşəm.
– Premyer Liqamızda kifayət qədər portuqaliyalı futbolçu var. Azərbaycana gəlmədən öncə onlarla fikir alış-verişi etdin?
Onlardan bəziləri ilə əlaqəm var. Bu gün də danışırıq. Eləsi olub ki, mənə qarşı oynayıb. Davamlı söhbət edirik. Azərbaycan futbolu barədə müəyyən məlumatlar vermişdilər. Klublarınızın avrokuboklarda çıxışından xəbərim var. Futbolunuz barədə xoş sözlər dedilər.
– Yəqin ki, “Qarabağ”ı daha yaxşı tanıyırsan. Çünki bu komanda Portuqaliyanın “Braqa” klubunu məğlub etmişdi…
“Qarabağ”ı 10 ildir tanıyıram. Onlar barədə məlumatım çoxdur. Yaxşı komandadırlar. Avropada ciddi nəticələr qazanıblar.
– “Karvan Yevlax”dakı hədəflərin nədir?
Mümkün qədər irəli getmək istəyirəm. Daha güclü liqalarda oynamaq niyyətindəyəm. Komanda Premyer Liqaya yeni yüksəlib. Addım-addım baxmaq lazımdır. Necə olacağını zaman göstərəcək.
– Komanda Yevlaxda məskunlaşacaq. Orada yaşamaq sənin üçün çətin deyil?
Açığı, Yevlaxı çox görmək fürsətim olmayım. Hələlik necə bir yer olduğunu bilmirəm. Darıxdırcı olacağını düşünmürəm.
İdman.biz