Bu gün futbol üzrə Misli Premyer Liqasında fasilə başa çatacaq.
İdman.biz xəbər verir ki, 81 günlük fasilədən sonra 2025/2026 mövsümünə start veriləcək.
Yeni futbol ilinin açılış oyunu Şamaxı şəhər stadionunda baş tutacaq. Burada "Karvan-Yevlax" "Qəbələ"ni qəbul edəcək. Yevlax şəhər stadionu təmirdə olduğu üçün görüş Şamaxıda keçiriləcək. İndiyədək Premyer Liqada üz-üzə gəlməyən komandaların görüşünü FIFA referisi Əliyar Ağayev idarə edəcək.
İlk turda 6 görüşdən biri keçirilməyəcək. Buna “Qarabağ”ın Çempionlar Liqasında mübarizəni davam etdirməsi səbəb olub. Turun digər matçları 3 günü əhatə edəcək. Avqustun 16-da "İmişli" - "Turan Tovuz", "Neftçi" - "Şamaxı", ertəsi gün "Sumqayıt" - "Kəpəz", avqustun 19-da isə "Zirə" - "Araz-Naxçıvan" oyunları təşkil olunacaq.
Misli Premyer Liqası
I tur
15 avqust (cümə)
17:00. “Karvan-Yevlax” – “Qəbələ”
Baş hakim: Əliyar Ağayev
Şamaxı şəhər stadionu
İdman.biz