Cəlal Hüseynovun komandası Konfrans Liqasının pley-off mərhələsində

Xəbərlər
14 Avqust 2025 23:37
40
Cəlal Hüseynovun komandası Konfrans Liqasının pley-off mərhələsində

Azərbaycanlı futbolçu Cəlal Hüseynov UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

İdman.biz xəbər verir ki, təmsilçimizin çıxış etdiyi "Arda" III təsnifat mərhələsinin hər iki oyununda qələbə qazanıb.

Səfərdə "Kauno Jalgiris"ə (Litva) 2:0 hesabı ilə qalib gələn Cəlalın komandası öz meydanında iki cavabsız qolla güclü olub. Start heyətində yer alan Hüseynov bu dəfə də qarşılaşmanı əvəzolunmadan başa vurub.

Qeyd edək ki, "Arda" pley-off mərhələsində "Rakov" (Polşa) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

İdman.biz