Pol Skoulz “Arsenal”ın çempionatda qalib gəlməsinin yollarını izah edib

Xəbərlər
10 Dekabr 2025 01:24
33
Pol Skoulz “Arsenal”ın çempionatda qalib gəlməsinin yollarını izah edib

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz “Arsenal”ın İngiltərə Premyer Liqasında qalib gəlmək üçün necə inkişaf etməli olduğu barədə fikirlərini bölüşüb.

İdman.Biz-in məlumatına görə, Skoulz hesab edir ki, vacib oyunlarda qalib gəlməsə, “Arsenal”ın liqada da şansı olmayacaq.

“Böyük oyunlarda qalib gəlməyə başlamayana qədər liqada qalib gəlmək şansları olmayacaq. Onlar “Liverpul”a uduzdular, problemləri ola-ola evdə “Mançester Siti”ni məğlub edə bilmədilər. “Aston Villa” yaxşı komandadır, məni səhv başa düşməyin, amma “Arsenal” sadəcə vacib oyunlarda qalib gələ bilməz.

Onlar 10 oyunçu ilə qalmış “Çelsi”ni məğlub edə bilmədilər. Liqada qalib gəlmək istəyirsinizsə, vacib oyunlarda qalib gəlməyə başlamalısınız, rəqiblərinizi məğlub etməlisiniz, hansı ki, onlar buna qadir deyillər” – “Goal” Skoulzun “The Good, The Bad & The Football” podkastına dediyi sözlərdən sitat gətirib.

İngiltərə Premyer Liqasının 15 turundan sonra “Arsenal”ın 33 xalı var və birinci yerdədir.

İdman.Biz