“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Kral Klubu”nun son nəticələrinə görə tənqid olunmasına baxmayaraq, hazırda “Real Madrid”i idarə edən Xabi Alonsonu dəstəklədiyini bildirib.
İdman.Biz xəbər verir ki, o, bu barədə “City Xtra”nın X sosial şəbəkəsindəki səhifəsinə açıqlama verib.
“Ona rəğbət bəsləyirəm, çünki iki il birlikdə çalışmışıq və bu, inanılmaz bir təcrübə idi. Ortaq cəhətlərimiz çoxdur. “Barselona” və “Real Madrid” məşqçilər üçün ən çətin, təzyiq və mühit baxımından ən çətin klublardır. Ona yalnız ən yaxşısını arzulayıram, çünki ona həqiqətən hörmət edirəm və qiymətləndirirəm”, - Qvardiola “City Xtra”nın X sosial media səhifəsində bildirib.
“Kral klubu” son beş La Liqa matçında bir qələbə qazanıb, birində məğlub olub və üçündə heç-heçə edib.
