İngiltərə Premyer Liqasının ən bahalı 10 oyunçusunun adı və qiyməti açıqlandı

Xəbərlər
10 Dekabr 2025 00:47
74
İngiltərə Premyer Liqasının ən bahalı 10 oyunçusunun adı və qiyməti açıqlandı

Transfermarkt son yeniləməsinə əsasən İngiltərə Premyer Liqası oyunçularının bazar dəyərlərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, “Mançester Siti”nin 200 milyon avro dəyərində olan hücumçusu Erlinq Holand Premyer Liqanın ən bahalı oyunçusudur.

“Arsenal”ın cinah oyunçusu Bukayo Saka 130 milyon avro ilə ikinci yerdədir. İlk üçlüyü 120 milyon avro ilə “topçular”ın yarımmüdafiəçisi Deklan Rays tamamlayır.

Transfermarkt-ə görə Premyer Liqanın ən bahalı 10 oyunçusu:

Erlinq Holand (“Mançester Siti”) — 200 milyon avro

Bukayo Saka (“Arsenal”) — 130 milyon avro

Deklan Rays (“Arsenal”) — 120 milyon avro

Aleksander İsak (“Liverpul”) — 120 milyon avro

Koul Palmer (“Çelsi”) — 120 milyon avro

Florian Virts (“Liverpul”) — 110 milyon avro

Moyses Kaysedo (“Çelsi”) — 110 milyon avro

Vilyam Saliba ("Arsenal") – 90 milyon avro.

Rayan Qravenberh (“Liverpul”) - 90 milyon avro.

Dominik Soboslai (“Liverpul”) – 85 milyon avro.

İdman.Biz