UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu: “Qalatasaray” “Monako”nun, “Liverpul” isə “İnter”in qonağı olacaq

Xəbərlər
9 Dekabr 2025 09:30
60
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu: “Qalatasaray” “Monako”nun, “Liverpul” isə “İnter”in qonağı olacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura bu gün start veriləcək. İlk oyun günündə ümumilikdə 9 qarşılaşma keçiriləcək.

İdman.Biz xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu səfərdə Fransa təmsilçisi "Monako" ilə üz-üzə gələcək.

Günün ən çox maraq doğuran qarşılaşmalarından biri isə İtaliyada baş tutacaq – "İnter" doğma meydanda İngiltərənin "Liverpul" komandasını qəbul edəcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VI tur

9 dekabr

19:30. "Kayrat" (Qazaxıstan) - "Olimpiakos" (Yunanıstan)

21:45. "Bavariya" (Almaniya) - "Sportinq" (Portuqaliya)

00:00. "Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə)

00:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)

00:00. "Monako" (Fransa) - "Qalatasaray" (İtaliya)

00:00. PSV (Niderland) - "Atletiko" (İspaniya)

00:00. "Yunion" (Belçika) - "Marsel" (Fransa)

00:00. "Tottenhem" (İngiltərə) - "Slaviya" (Çexiya)

Qeyd edək ki, VI turun digər oyunları dekabrın 10-da baş tutacaq.

İdman.Biz