AFFA-nın baş katibi "Səbail"in stadion problemini həll edib

Xəbərlər
14 Avqust 2025 19:12
43
AFFA-nın baş katibi "Səbail"in stadion problemini həll edib

Bir müddət əvvəl mətbuatda "Səbail"in Bayıl stadionundan çıxarıması ilə bağlı xəbərlər yayılsa da, məlumatlar təsdiqini tapmayıb.

"Səbail" toplanışa eyni arenada başlayıb, növbəti mövsümü də bu stadionda keçirəcək.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, "Səbail" həqiqətən də stadion məsələsində problemlərlə üzləşib. Belə ki, AFFA tərəfindən meydançanın istifadəsi üçün təyin olunan məbləğ "Səbail" üçün baha gəlib. Premyer Liqada yerini itirən klubun büdcəsi xeyli azaldığından federasiyanın tələbini qarşılamaq mümkün olmayıb.

"Səbail" klubunun direktoru Firuz Abdulla bu məsələ ilə bağlı AFFA-nın baş katibin görüşünə gedib. Qarşı tərəfi dinləyən, vəziyyətlərinə agah olan Cahangir Fərəcullayev qiymətin aşağı salınması üçün tapşırıq verib, hər iki tərəf üçün uyğun məbləğdə razılıq əldə edilib.

İdman.biz