PSJ penaltilər seriyasında "Tottenhem"ə qalib gələrək (2:2, pen. 4:3) tarixində ilk dəfə UEFA Superkubokunu qazanıb.
İdman.biz xəbər verir ki, Çempionlar Liqasının qalibləri artıq 7 ildir bu mükafat uğrunda mübarizədə uduzmurlar.
UEFA Superkubokunu qazanan son Avropa Liqası qalibi Madrid "Atletiko"su olub. Dieqo Simeonenin komandası 2018-ci ildə Madrid "Real"ını 4:2 hesabı ilə məğlub edib.
Sonrakı illərdə isə superkuboku "Liverpul", "Bavariya", "Çelsi", "Real" (iki dəfə) və "Mançester Siti" - yəni Çempionlar Liqasının qalibləri qazanıblar.
İdman.biz