Jorj Kaşkilya “İmişli”nin əsas məqsədini açıqlayıb

Xəbərlər
13 Avqust 2025 23:30
42
Jorj Kaşkilya “İmişli”nin əsas məqsədini açıqlayıb

“Çempionluq uğrunda mübarizə aparan güclü və təcrübəli bir rəqiblə qarşılaşacağımızı bilə-bilə, ilk oyuna yüksək motivasiya, inam və ambisiya ilə çıxacağıq”.

İdman.biz xəbər verir ki, bunu “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Portuqaliyalı mütəxəssis komandasınının əsas məqsədini açıqlayıb: “Əsas məqsədimiz çempionatı stabil və problemsiz keçirmək, aşağı liqa zonasından uzaq qalmaqdır.”

Qeyd edək ki, "İmişli" Azərbaycan Premyer Liqasının I turunda “Turan Tovuz”la qarşılaşacaq. Avqustun 16-da keçiriləcək oyun saat 17:00-da start götürəcək.

İdman.biz